Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanla Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
SİYASƏT

Azərbaycanla Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

02 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanla Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Paraqraf.com Monteneqro Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sözügedən məsələ DİN-in dövlət katibi Novika Obradoviçin Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyev ilə görüşündə müzakirə edilib.

Bildirilib ki, görüş zamanı tərəfləri iki ölkə arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu, həmçinin iqtisadi və turizm sahəsində uğurlu əməkdaşlığı vurğulayıblar və təhlükəsizlik sahəsində iş birliyinin daha yüksək səviyyəyə qaldırılması istəyini ifadə ediblər.

K. Xasiyev qeyd edib ki, Azərbaycan vətəndaşları Monteneqronu təhlükəsiz turizm məkanı və cəlbedici biznes mühiti kimi tanıyıblar və son zamanlar təhlükəsizlik səviyyəsində əməkdaşlığın təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan, səfir hər iki ölkənin səlahiyyətli qurumları arasında miqrasiya sahəsində Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması təşəbbüsünü təqdim edib və tərəflərin qarşılıqlı faydası üçün onun uyğunlaşdırılıb imzalanması istəyini bildirib.

N. Obradoviç iki ölkə arasında yaxın əlaqələr olduğunu vurğulayıb və qarşı tərəfi Monteneqroda qanuni yaşayış icazəsinə malik Azərbaycan vətəndaşlarının sayı və onların fəaliyyət tendensiyaları barədə məlumatlandırıb.

Dövlət katibi həmçinin onu da bildirib ki, Monteneqronun Avropa İttifaqı ilə vizə siyasətinin uyğunlaşdırılması və ölkənin Avropa inteqrasiyası səbəbindən 15 yanvar 2026-cı ildən etibarən Azərbaycan vətəndaşları üçün viza tətbiq edilib.

O qeyd edib ki, hazırda xarici vətəndaşların Monteneqro vizasına elektron qaydada müraciət edə bilməsi üçün sistem hazırlanır ki, bu da prosesin xeyli asanlaşmasını təmin edəcək.

Yekunda vurğulanıb ki, təhlükəsizlik sahəsində münasibətləri təkmilləşdirmək üçün kifayət qədər imkan və hər iki tərəfin bu sahədə əməkdaşlığa başlaması üçün iradə var.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Next

“Apple” ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 8 %-ni itirib

Copyright 2026— Praqraf.com. All rights reserved