28 Okt 2026, Ç

Eyni şəhərdə günün ikinci ağır qəzası – Bu dəfə 6 ölü, 6 yaralı

PAYLAŞIN:

Türkiyənin Antalya şəhərində növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com “Hürriyyet”ə istinadən xəbər verir ki, 6 nəfərin ölümü ilə nəticələnən hadisə Antalya-İsparta magistralında qeydə alınıb.

İlkin məlumata görə, ağır qəza zamanı daha 6 nəfər yaralanıb.

Xatırladaq ki, səhər saatlarında da eyni şəhərdə 8 nəfərin ölümü, 26-sının yaralanması ilə nəticələnən ağır yol qəzası olmuşdu.

Paraqraf.com

Loading