Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanın tanınmış riyaziyyatçısı Məmməd Yaqubovun doğum günüdür
CƏMİYYƏT

Azərbaycanın tanınmış riyaziyyatçısı Məmməd Yaqubovun doğum günüdür

01 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Fevralın 2-də Azərbaycanın tanınmış riyaziyyatçısı, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Yaqubovun doğum günü qeyd olunur.

Məmməd Haqverdi oğlu Yaqubov 2 fevral 1941-ci ildə Culfa rayonunun Milax kəndində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirib. 1962–1965-ci illərdə ADU-da əyani aspiranturada təhsil alıb.

1966-cı ildə “Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında” mövzusunda namizədlik, 1992-ci ildə isə “Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Məmməd Yaqubov 1965-ci ildən etibarən Azərbaycan Dövlət Universitetinin Diferensial və inteqral tənliklər kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif illərdə assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 1996-cı ildən bu günədək BDU-nun idarəetmə nəzəriyyəsi kafedrasının müdiri vəzifəsini icra edir. Onun elmi tədqiqatları əsasən qeyri-xətti tənliklər, optimal idarəetmə nəzəriyyəsi və paylanmış parametrli sistemlərə həsr olunub.

Professor Məmməd Yaqubov 120-dən çox elmi məqalənin, bir ali məktəb dərsliyinin, 7 orta məktəb dərsliyinin və 20-dən artıq dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi ilə riyaziyyat üzrə 16 fəlsəfə doktoru hazırlanıb.

Görkəmli alim “Əməkdar müəllim” fəxri adına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan riyaziyyatçıları və tələbələri professor Məmməd Yaqubovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırlar.

Misir Mərdənov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Peşəkar jurnalistə kölgə salmaq mümkün deyil

Next

Sumqayıtda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved