Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Emin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşüb – FOTOLAR
ELM VƏ TƏHSİLMANŞET

Emin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşüb – FOTOLAR

31 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 29-da Mingəçevirə səfəri çərçivəsində Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşüb.

Elm və Təhsil Nazirliyindən Paraqraf.com-a verilən məlumata görə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil edilən və səmimi dialoq formatında keçən görüşdə bir qrup gənc müəllim, məktəb direktoru və müavinləri, tərbiyəçi müəllimlər iştirak ediblər.

Görüş zamanı təhsil müəssisələrində tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir.

Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri diqqətlə dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib.

Məktəb direktorları da öz növbəsində idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər.

Görüş zamanı nazir məktəb rəhbərlərinin təşəbbüskarlığının və məsuliyyətinin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edib.

Sonda Emin Əmrullayev bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq müəllim və direktorların səsləndirdiyi təkliflərin nəzərə alınacağını bildirib, gənc pedaqoji heyəti qarşıdan gələn 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Nazir təhsildə keyfiyyətin yüksəldilməsinin yalnız birgə əməkdaşlıq və ardıcıl fəaliyyətlə mümkün olduğunu qeyd edib.

Emin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşübEmin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşübEmin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşübEmin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşübEmin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşübEmin Əmrullayev Mərkəzi Aran regionu üzrə gənc müəllimlərlə görüşüb

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qarabağda genişmiqyaslı bərpa və inkişaf prosesi mərhələli şəkildə davam edir

Next

MM-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved