Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?
CƏMİYYƏTSAĞLAMLIQ

Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?

31 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Meyit donorundan orqan köçürülməsi üçün əsas şərtlərdən biri beyin ölümü diaqnozunun düzgün və vaxtında qoyulmasıdır. Əvvəlki dövrlərdə həkimlər bu diaqnozla bağlı etik və mənəvi tərəddüdlər yaşayırdı.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Nadir Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Nadir Zeynalov qeyd edib ki, bu problemlərin aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Beyin ölümü diaqnozunun qoyulması ilə bağlı metodik tövsiyələrin hazırlandığını, seminarlar və təlimlərin keçirildiyini vurğulayıb.

O əlavə edib ki, bu istiqamətdə aparılan işlər nəticəsində həkimlərin yanaşmasında ciddi dəyişiklik müşahidə olunur:

“Bu proses transplantasiya mexanizminin artıq işlək vəziyyətə gəldiyini göstərir. O qeyd edib ki, həm cəmiyyət tərəfindən meyit donorluğu daha geniş qəbul olunur, həm həkimlər tərəfindən beyin ölümü diaqnozunun qoyulması praktikası genişlənir, həm də ölkədə fəaliyyət göstərən transplantoloqlar və cərrahlar meyit donorundan orqan köçürülməsini texniki baxımdan uğurla icra edirlər”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

Next

“Paris” klubu Çiro İmmobileni transfer etməyə yaxındır

Copyright 2026— Praqraf.com. All rights reserved