Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Aqşin Yeniseydən AYB-yə cavab gecikmədi: “Elza Seyidcahanı üzv edəndə…”

Aqşin Yeniseydən AYB-yə cavab gecikmədi: “Elza Seyidcahanı üzv edəndə…”

admin 30 Yanvar 2026 6 minutes read
1769783458527007533697cc0a219245
PAYLAŞIN:

Azərbaycan Yazıçılar Birliyi (AYB) qurumu tənqid edən bir qrup şair və yazıçı barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb. 

Birliyin yaydığı rəsmi bəyanatda AYB-yə qarşı məqsədli qarayaxma kampaniyasının aparıldığı iddia olunub.

“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır və bütün bu baş verənlərin arxasında Azərbaycan ədəbiyyatının və dilinin, mənəviyyatının heysiyyətini qoruyan, yazıçı və şairlərimizin ən qocaman peşəkar ocağı olan təşkilatı hörmətdən salmaq kimi məkrli niyyət dayanır”, – məlumatda qeyd olunub.

Paraqraf.com xəbər verir ki, “Cebheinfo.az” məsələ ilə bağlı adı hallananlardan biri, Aqşin Yeniseylə əlaqə saxlayıb.

Tanınmış şair bildirib ki, xəbəri ona dostları göndərib. O, adının orada olmasına həm təəccüblənib, həm də təəccüblənməyib:

“Təəccübləndim ona görə ki, Elza Seyidcahan ora üzv seçiləndə, mən Yazıçılar Birliyi haqqında nə tənqidi, nə də tərif mənasında bir kəlmə  söz demişəm. Yazıçılar Birliyindəki istənilən hadisə ilə bağlı jurnalistlərin mənə ünvanladığı sualları da cavablandırmamışam ki, mən oranın üzvü deyiləm və heç vaxt da olmamışam.
Həmişə jurnalistlər oradakı proseslərlə bağlı mövqeyimi soruşublar. Mən də demişəm ki, həmin təşkilatın üzvü deyiləm, onların daxili işlərinə qarışmağım düzgün olmaz. Amma məsələ ümumi ədəbiyyat naminə, ədəbiyyatımızdakı problemlərlə bağlı olanda, təbii ki, öz tənqidi fikirlərimi səsləndirmişəm.

Burada qəribə bir məntiq var ki, deyirlər, üzvümüz deyilsə, niyə tənqid edib? Məsələn, mən polis işçisi deyiləm. Bu, o deməkdir ki, polisin hər hansı neqativ hərəkətini görəndə, onu tənqid etməməliyəm? Və ya Azərbaycanda yüzlərlə qurum var – “Azəriqaz”, “Azərsu” və sair. Mən nə onların üzvüyəm, nə də işçisi. Bu təşkilatlarda ictimai qınağa səbəb olan problem görəndə, deməli, bir söz deməməliyəm?

Mənə elə gəlir ki, bu cür repressiv qərarlar və addımlar Yazıçılar Birliyinin tarixi ilə bağlıdır. Tarixən bu təşkilat özlərindən olmayan, özlərindən hesab etmədikləri yazıçı və şairlərə qarşı bu cür repressiv addımlar atıb. Bunun isə çox ağır nəticələri olub. Mikayıl Müşfiqi güllələyiblər, Hüseyn Cavidi sürgünə göndəriblər. İndi o şərait yoxdur deyə təşkilatın neqativ fəaliyyətini tənqid edən yazıçı və şairləri hüquq-mühafizə orqanları ilə təhdid edirlər”.

O, adının siyahıda birinci sırada yer almasının təsadüfi olmadığını qeyd edib:

“Yəqin istəyiblər ki, bu xəbər daha çox yayılsın, manşetə Aqşin Yeniseyin adını çıxardarlar. Ona görə adımı oraya salıblar. Çünki mən artıq 3-4 ildir Yazıçılar Birliyində baş verən hadisələrlə ümumiyyətlə, maraqlanmıram. Bu illər ərzində nə AYB ilə bağlı yazı yazmışam, nə də tənqidi fikir səsləndirmişəm. Mənim adımı ora niyə salıblar, onu başa düşmədim. Qoy bu üç il ərzində yazdıqlarımdan bir cümlə göstərsinlər ki, Yazıçılar Birliyi haqqında nəsə demişəm.

Əksinə, bu illər ərzində Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”ndə dəfələrlə yazılarım dərc olunub. Azər Turanla da görüşmüşük,  özü deyib ki, bu mövzuda yazın varsa, göndər. Mən də göndərmişəm və yazı da dərc olunub. Ona görə də mənim adımı ora kim və hansı məqsədlə salıb, bu mənə də maraqlıdır”.

Aqşin Yenisey vurğulayıb ki, Yazıçılar Birliyinin yazıçı və şairlərə təqdim etdiyi bütün imtiyazlardan hələ 15 il əvvəl imtina edib:

“Mən indiyə qədər Yazıçılar Birliyi ilə nə ev davası etmişəm, nə də təqaüd davası. Ümumiyyətlə, Yazıçılar Birliyinin Azərbaycan yazıçı və şairlərinə verdiyi, göstərdiyi bütün imtiyazlardan imtina etmişəm. İndi yox, 15 il bundan əvvəl… Çünki düşünmüşəm ki, eybi yox, məhrumiyyətlərə dözərəm, amma ədəbiyyatın adını hansısa imtiyazlara qurban verməyim, güzəştə getməyim. Eybi yoxdur, kirayələrdə qalım, amma gedib yazıçı adını ev davası, təqaüd davası edən adam kimi hallanmayım. Yazıçı adını bir az daha uca tutum, onu maddi dünyanın maraqlarından uzaq saxlayım. Mənəvi bir hadisə kimi Azərbaycan insanının beynində yazıçı obrazı canlansın. 

Mənim ilk kitabım 21 yaşımda çap olunub. İlk kitabımdan sonra mənə dəfələrlə rəhmətlik Arif Əmrahoğlu demişdi ki, səni Yazıçılar İttifaqına üzv edim. Amma getməmişəm. Orada baş verən prosesləri görürdüm, Görürdüm ki, yazıçı, şair adı cəmiyyətin gözündə getdikcə kiçilir, dünya malına bağlı bir obraz yaranır.
Ona görə də çəkilib kənarda dayanmışam. Ədəbiyyatın faydası naminə hər hansı bir tənqidi fikir səsləndirmişəm. O da 5-6 il bundan əvvəl olub. Məsələn, mən 7 il Türkiyədə yaşamışam. Həmin dövrdə ümumiyyətlə, Yazıçılar Birliyində hansı söhbətlərin getdiyindən, hansı məsələlərin müzakirə olunduğundan xəbərim olmayıb. Ankarada sadəcə öz ədəbiyyatımla məşğul idim”.

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Respublika Qan Bankı fədakar donorun xidmətlərini dəyərləndirdi
Next: Dövlətçilik fəlsəfəsində gəncliyin rolu

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.