PAYLAŞIN:

İngiltərədə “Liverpul”“Qarabağ” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu VIII turda azarkeş sayına görə üçüncü olub.

Paraqraf.com-un məlumatına görə, “Enfild” stadionunda baş tutan qarşılaşmada 60043 tərəfdar qeydə alınıb.

“Borussiya” (Dortmund, Almaniya) – “İnter” matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81365 tamaşaçı əyləşib.

“Benfika” (Portuqaliya) – “Real” (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64305 fanat olub.

Qeyd edək ki, “Qarabağ” “Liverpul”a altı cavabsız qolla uduzub. Liqa mərhələsini 10 xalla 22 sırada bitirən “köhlən atlar” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Paraqraf.com 

Loading