Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Bakıda böyük söküntü başlayır: Tramvay xətti bu ərazilərdən keçəcək
CƏMİYYƏTMANŞET

Bakıda böyük söküntü başlayır: Tramvay xətti bu ərazilərdən keçəcək

28 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib ki, Mehdiabad qəsəbəsindən “28 May” metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Paraqraf.com xəbər verir ki, bununla bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, tramvay xəttinin çəkilişi nəzərdə tutulur:

“Bu xətt “Seabreeze” ərazisindən başlayaraq Mehdiabad, Məhəmmədi və Binəqədi istiqamətindən keçməklə “28 May” metro stansiyasına qədər uzanacaq. Təbii ki, bəzi ərazilərdə mövcud koridor olmadığı üçün yeni koridorun yaradılması məqsədilə müəyyən tikililərin istər fərdi yaşayış evlərinin, istərsə də obyektlərin sökülməsi planlaşdırılır. Hazırda marşrut hələ dəqiqləşdirilməyib, güzərgah seçimi aparılır. Yolun oxu elə müəyyən ediləcək ki, həm daha münasib, həm daha sərfəli, həm də daha faydalı olsun və eyni zamanda söküntülər minimuma endirilsin. Bu məsələlərin həlli istiqamətində hazırda müvafiq addımlar atılır”.

Bu layihə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının mühüm tərkib hissəsidir və Bakının nəqliyyat yükünü azaltmaq, ekoloji təmiz daşımaları təmin etmək məqsədi daşıyır. Şəhərin kənar qəsəbələrinin mərkəzlə birbaşa və sürətli relsli nəqliyyatla bağlanması paytaxtın mobillik strategiyasında inqilabi addım hesab olunur.

Mehdiabad, Binəqədi və Məhəmmədi istiqamətində yaşayan sakinlər üçün bu, gələcəkdə tıxacda qalmadan şəhər mərkəzinə çatmaq imkanı deməkdir. Lakin layihənin keçəcəyi potensial yollar üzərində evi və ya obyekti olan şəxslər üçün bu, gələcəkdə köçürülmə və kompensasiya məsələlərinin gündəmə gələ biləcəyinə işarədir. Odur ki, marşrut xətti tam dəqiqləşənə qədər həmin istiqamətlərdəki mülkiyyət məsələlərinə diqqətlə yanaşmaq tövsiyə olunur.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ermənistan onu Türkiyəyə təhvil verdi

Next

Generalın oğlu keçmiş sevgilisindən üzr istədi

Copyright 2026— Praqraf.com. All rights reserved