Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Sumqayıt İcra Hakimiyyətinin binası yanında küçə alveri – İllərdir yol və səki zəbt edilib – FOTOLAR
CƏMİYYƏT

Sumqayıt İcra Hakimiyyətinin binası yanında küçə alveri – İllərdir yol və səki zəbt edilib – FOTOLAR

20 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Paraqraf.com-un əldə etdiyi məlumata görə, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs
Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur.

Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.

Sosial şəbəkələrdə tənqid olunan əsas məsələ isə Sumqayıt ŞİH-in nümayəndəsinin qanunları göstəriş xətrinə icra etməsidir. Çünki aparılan reydlər heç də bütün şəhər ərazisini, əsasən də mərkəzi küçələri əhatə etmir.

Məsələn, təqdim etdiyimiz fotolar şəhərin Nəriman Nərimanov küçəsində lentə alınıb. Fotodan da aydın olur ki, istifadəyə yararsız yük maşınından küçə alverində istifadə olunur.

Avtomobil avtobus dayanacağı ilə yanaşı, onun qarşısında illərdir icra olunan küçə alveri səkini zəbt edib, sakinlərin gediş-gəlişinə maneə törədir.

Ən maraqlısı da odur ki, lentə aldığımız bu obyekt icra hakimiyyətinin 1 km yaxınlığındadır. Şəhər sakinləri bu obyektin Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğunu bildirirlər.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vahid Əziz: “20 Yanvar xalqın sarsılmaz ruhunu göstərdi”

Next

Qərbi Azərbaycan İcması 20 yanvar Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət etdi – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved