Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“20 Yanvar: Tarix, Yaddaş və Milli Şüur” mövzusunda panel müzakirəsi keçirilib – FOTOLAR
CƏMİYYƏTÖZƏL

“20 Yanvar: Tarix, Yaddaş və Milli Şüur” mövzusunda panel müzakirəsi keçirilib – FOTOLAR

20 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikası Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar: Tarix, Yaddaş və Milli Şüur” mövzusunda panel müzakirəsi baş tutub.

Paneldə çıxış edən iştirakçı 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq iradəsini, milli birliyini və müstəqillik uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdiyini bildirib. Qeyd olunub ki, 20 Yanvar yalnız qanlı bir faciə deyil, eyni zamanda xalqımızın susqunluq zəncirini qırdığı, azadlıq uğrunda dirəniş göstərdiyi və milli şüurun yenidən oyandığı tarixi dönüş nöqtəsidir.

Çıxışda vurğulanıb ki, 20 Yanvar hadisələrinin dövlət səviyyəsində anılması, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı, memorial komplekslərin yaradılması və tarixi həqiqətlərin təhrif edilmədən gələcək nəsillərə çatdırılması müstəqil Azərbaycan dövlətinin milli yaddaşa sədaqətinin bariz nümunəsidir. Bu siyasət tarixi ədalətin qorunmasına, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və milli kimliyin möhkəmləndirilməsinə xidmət edir.

Bildirilib ki, bu gün gənclərin üzərinə düşən əsas vəzifə 20 Yanvar şəhidlərinin ideallarını yaşatmaq, azadlıq və müstəqillik ruhunu daim diri saxlamaqdır. Gənclərin yalnız elmi və texnoloji biliklərlə deyil, eyni zamanda milli dəyərlər, vətənpərvərlik və dövlətçilik ruhu ilə formalaşmasının vacibliyi xüsusi qeyd edilib. 20 Yanvar faciəsinin gənc nəsil üçün vətəndaşlıq məsuliyyəti, milli qürur və birlik dərsi olduğu diqqətə çatdırılıb.

Sonda vurğulanıb ki, bu kimi tədbirlər təkcə tarixin xatırlanmasına deyil, eyni zamanda milli özünüdərk, vətəndaş məsuliyyəti və dövlətə bağlılıq hissinin gücləndirilməsinə xidmət edir. “20 Yanvar: Tarix, Yaddaş və Milli Şüur” mövzusunda keçirilən panel müzakirəsi gənclərin milli kimlik, azadlıq və dövlətçilik dəyərlərinə daha dərindən yiyələnməsinə, tarixi yaddaşın onların düşüncəsində canlı qalmasına mühüm töhfə verib.

Возможно, это изображение помост и текст

Возможно, это изображение текст

Возможно, это изображение отдел новостей и текст

Возможно, это изображение помост, отдел новостей и текст

Нет описания фото.

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qərbi Azərbaycan İcması 20 yanvar Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət etdi – FOTOLAR

Next

Şəhidlərin xatirəsi üzərindən siyasət qurulmaz

Copyright 2026— Praqraf.com. All rights reserved