Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə aparılıb

Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə aparılıb

admin 12 Yanvar 2026 2 minutes read
17682207543735462014_1200x630
PAYLAŞIN:

Yanvarın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Paraqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən geniş bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın COP29-da fəal iştirakı, eləcə də bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla qeyd olunub.

Görüşdə energetika, humanitar, təhsil, “ASAN xidmət” və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan tərəfindən sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Sudan tərəfdən isə Müaviyə Osman Xalid rəhbərlik edib.

 

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Next: İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.