Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/ADU-da mediasiyaya həsr olunmuş kitabın təqdimatı keçirilib -FOTOLAR
ELM VƏ TƏHSİLMANŞET

ADU-da mediasiyaya həsr olunmuş kitabın təqdimatı keçirilib -FOTOLAR

12 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsinin dekanı Bənövşə Məmmədovanın “Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən iştirakçılardan biri vurğulayıb ki, mediasiya institutu təhsil və cəmiyyətin inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, mediasiya yalnız hüquqi mexanizm kimi deyil, eyni zamanda sosial münasibətlərdə qarşılıqlı anlayışın, empatiyanın və konstruktiv dialoqun formalaşması üçün əhəmiyyətli vasitədir.

Çıxışda bildirilib ki, müasir dövrdə təhsil və ictimai münasibətlərdə yaranan problemlərin əksəriyyəti ünsiyyət çatışmazlığı, emosional idarəetmə bacarıqlarının zəifliyi və qarşılıqlı etimadın azalması ilə bağlıdır. Mediasiya bu problemlərin aradan qaldırılmasında mədəni, etik və pedaqoji baxımdan səmərəli mexanizm kimi çıxış edir.

Həmçinin vurğulanıb ki, təhsil müəssisələrində mediasiya mədəniyyətinin formalaşdırılması müəllim–tələbə, valideyn–məktəb və gənclərarası münasibətlərdə qarşılıqlı hörmətin və anlayışın möhkəmlənməsinə xidmət edir. Bu yanaşma cəmiyyətin mənəvi sağlamlığının və sosial sabitliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbirdə qeyd edilib ki, bu kimi elmi tədqiqatların artması, nəzəri yanaşmaların praktik tətbiqlə birləşdirilməsi ölkədə təhsil sisteminin insan yönümlü və dəyərlərə əsaslanan şəkildə inkişafına ciddi töhfə verir.

Sonda Bənövşə Məmmədova dəyərli elmi əsərə və cəmiyyət üçün əhəmiyyətli təşəbbüsə görə təbrik olunub, ona yeni yaradıcılıq uğurları arzulanıb.

Возможно, это изображение один или несколько человек, помост и текст

Возможно, это изображение один или несколько человек, люди учатся и текст

Возможно, это изображение один или несколько человек, телевизор, отдел новостей и текст

Возможно, это изображение один или несколько человек, люди учатся и текст

Возможно, это изображение один или несколько человек и отдел новостей

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Azərbaycan Nəşriyyatı” binası köçürülür

Next

Rusiya İranın köməyinə gedir?

Copyright 2026— Praqraf.com. All rights reserved