Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Maduronun həbsi ilə bağlı yeni detallar
MANŞETSİYASƏT

Maduronun həbsi ilə bağlı yeni detallar

11 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həbs edilməsi əməliyyatının yeni detalları məlum olub.

Tramp administrasiyasının nümayəndələrinin Milli Kəşfiyyat Direktoru Tulsi Habbardı Venesuela diktatoru Nikolas Maduronun həbs edildiyi “Tam Qətiyyət” əməliyyatının planlaşdırılmasından kənarlaşdırdığı bildirilir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

Bununla bağlı adıçəkilən media orqanına açıqlama verən mənbə administrasiyanın hələ ötən yay Habbardın Venesuela planlarından kənarlaşdırılmasına başlanıldığını deyib.

Administrasiya rəsmiləri bildiriblər ki, Habbardın ofisi əməliyyatda istifadə edilən kəşfiyyat məlumatlarını təqdim etsə də, onun bundan xəbəri olmayıb.

Məsələ ilə tanış olan mənbələrə görə, Tramp və Habbard yaxın münasibətdə deyillər və dövlət katibi Marko Rubio onu planlaşdırmaya cəlb etməməyə üstünlük verib.

“Habbard və Prezident Trampın bütün komandası öz proqramlarını həyata keçirmək üçün tam həmrəy şəkildə birlikdə çalışdılar. Bu, uydurma və yalançı bir tezisdir, mövcud olmayan parçalanma haqqında uydurma hekayəni təbliğ etmək cəhdidir”, – deyə Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot bildirib.

Habbardın namizədlər siyahısından çıxarılması ilə bağlı suala vitse-prezident J.D. Vens cavab verib: “Bu, tamamilə yalandır”. 

Sonra vitse-prezident əlavə edib:

“Biz bu məlumatı nazirlər kabinetinin yüksək vəzifəli üzvlərindən və hökumətimizin digər müvafiq vəzifəli şəxslərindən ciddi şəkildə gizli saxladıq”.

Qeyd edək ki, Tulsi  Habbard ABŞ-ın xarici siyasət müdaxilələrini tənqid etməsi ilə tanınır. O, 2019-cu ildə Tramp administrasiyasını Venesuela ilə bağlı davranışına görə tənqid edərək, “Birləşmiş Ştatlar Venesueladan uzaq durmalıdır. Qoy, Venesuela xalqı öz gələcəyini özü müəyyən etsin” – yazmışdı.

“Tam Qətiyyət” əməliyyatı elan edilən zaman Qabbardın Floridada olmaması dərhal diqqət çəkib. Habbard bir gün əvvəl Havayda çəkilmiş şəklini paylaşmış və əməliyyatla bağlı üç gün sonraya qədər şərh verməmişdi.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səbinə Salmanova: “Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir”

Next

İsrail hazır vəziyyətdədir: İrana müdaxilə…

Copyright 2026— Praqraf.com. All rights reserved