Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonra bərpası üçün 800 milyard dollarlıq saziş imzalayacaq
DÜNYA

Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonra bərpası üçün 800 milyard dollarlıq saziş imzalayacaq

10 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpası üçün 800 milyard dollarlıq saziş imzalamağı planlaşdırır.

Paraqraf.com-un məlumatına görə, bu barədə “The Telegraph” nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, detalların Davosda prezidentlər Donald Tramp və Volodimir Zelenski arasında razılaşdırılması planlaşdırılır, plan 10 il üçün nəzərdə tutulub.

Mənbələr iddia edir ki, planın mahiyyəti iki lider arasındakı görüşdən iqtisadi sazişi – müharibənin dayandırılmasına dair ABŞ tərəfindən dəstəklənən təklifin əsas bölməsini yekunlaşdırmaq üçün istifadə etməkdir.

“Rifah planı” adlanan bu layihə Ukraynanın bərpası və iqtisadi inkişafına yardım göstərilməsi üçün onillik ərzində təxminən 800 milyard dolların cəlb edilməsini hədəfləyir.

Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski həm ölkənin müharibədən sonrakı iqtisadi bərpa planını, həm də təhlükəsizlik təminatları haqqında sazişi yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə səfər etməyi planlaşdırırdı.

Lakin “istəklilər koalisiyası”ndakı avropalı tərəfdaşlar ona ABŞ-yə getməməyi məsləhət görüblər və əvəzində Tramp ilə görüş üçün daha uyğun alternativ kimi Davos Ümumdünya İqtisadi Forumunu təklif ediblər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp: ABŞ Venesuela hakimiyyəti ilə koordinasiyalı şəkildə neft tankerini saxlayıb

Next

Kaya Kallas: Aİ azadlıq uğrunda mübarizədə İran xalqı ilə həmrəydir

Copyright 2026— Praqraf.com. All rights reserved