PAYLAŞIN:

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yıxılaraq xəsarət alan 86 yaşlı kişi ölüb.

Hadisə qəsəbədəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

1940-cı il təvəllüdlü Məhəmmədəli Hümbət oğlu Abdullayev yaşadığı evin həyətində ehtiyatsızlıq səbəbindən yıxılıb.

Nəticədə başından ağır xəsarətlər alan M.Abdullayev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Loading