PAYLAŞIN:

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisində unikal nailiyyətə imza atıb.

Paraqraf.com-un “Stats Foot”a istinadən məlumatına görə, 27 yaşlı qapıçı Əlcəzair yığmasında meydana çıxdığı ilk üç matçda qol buraxmayan yeganə qolkiper olub.

Bu, komandanın Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo millisini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə reallaşıb.

Buna qədər Luka Zidan qrup mərhələsində Sudan (3:0) və Burkina-Faso (1:0) yığmaları ilə matçlarda da qapısını toxunulmaz saxlamışdı. III turda baş tutan Ekvatorial Qvineya (3:1) ilə matçda isə Əlcəzair yığmasının qapısını Antoni Mandrea qorumuşdu.

Qeyd edək ki, Əlcəzair millisi 1/4 finalda Nigeriya ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 10-da keçiriləcək.

Paraqraf.com 

Loading