Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri müzakirə edilib
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev Krallığın Xarici İşlər Nazirliyində (XİN) Bakı və Ər-Riyad arasındakı münasibətləri müzakirə edib.
Bu barədə Paraqraf.com Səudiyyə Ərəbistanının xarici siyasət qurumuna istinadən xəbər verir.
Qeyd edilib ki, səfiri bu ölkənin siyasi məsələlər üzrə nazir müavini Səud Əs-Səti və beynəlxalq çoxtərəfli işlər üzrə nazir müavini Əbdülrəhman Əl-Rəssi qəbul ediblər.
Nazir müavinləri səfir salamlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıblar. Onlar həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Paraqraf.com
![]()