Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub
İQTİSADİYYAT

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

07 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin aprel ayından milli valyutada olan vahid xəzinə hesabının vəsaitlərinin hərrac üsulu ilə depozitlərə yerləşdirilməsinə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.

Mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək faiz dərəcəsi təqdim edən banklarda vəsaitlər depozitlərə yönəldilir. Bu yanaşma bir tərəfdən dövlət büdcəsi üçün əlavə faiz gəlirlərinin əldə edilməsinə, digər tərəfdən isə bank sektorunda likvidliyin artmasına şərait yaradır.

Ötən ilin 9 ayında keçirilmiş depozit hərracları nəticəsində dövlət büdcəsinə 98,6 milyon manat məbləğində faiz gəliri təmin edilib. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə xarici valyuta vəsaitlərinin xaricdə likvid fondlara yerləşdirilməsi və idarə olunması nəticəsində il ərzində 22,4 milyon manat ekvivalentində faiz gəliri əldə olunub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nefti cüzi ucuzlaşıb

Next

Azərbaycan əsas tədarük bazarına mandarin satışını kəskin artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved