Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı
CƏMİYYƏT

AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı

07 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

Paraqraf.com xəbər verir ki, ibtidai istintaqla həmin Mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdikləri məlum olub.

Bununla 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Əliyev və Hasil Əskərova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə əsas, Mehman Əliyev və Namik Qasımov barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ ordusu “Sofiya”nı belə ələ keçirdi – Anbaan görüntülər

Next

“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

Copyright 2026— Praqraf.com. All rights reserved