Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Ötən il “Azərbaycan multikulturalizmi” fənni 65 universitetdə tədris olunub
ELM VƏ TƏHSİL

Ötən il “Azərbaycan multikulturalizmi” fənni 65 universitetdə tədris olunub

06 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ötən il “Azərbaycan multikulturalizmi” fənni 65 universitetdə tədris olunub.

Paraqraf.com xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) illik hesabatında qeyd olunub.

Bildirilib ki, BBMM 2025-ci ildə 15 ölkədə 18 yerli və beynəlxalq konfrans keçirib. Bunlar multikulturalizmin təbliği, islamofobiya və antisemitizmlə mübarizə, dağıdılmış mədəni irsin qorunması və bərpası, Qərbi azərbaycanlıların qayıdış hüququnun gündəmdə saxlanılması, eləcə də neokolonyalizmə qarşı mübarizə istiqamətlərində ardıcıl layihələr reallaşdırıb və nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm modelini əhatə edir.

Qeyd olunub ki, “Azərbaycan multikulturalizmi” fənni hesabat ilində dünyanın 10 universitetində tədris edilib. Ümumilikdə “Azərbaycan multikulturalizmi” fənni ilin sonuna qədər dünyanın 27, Azərbaycanın isə 38 nüfuzlu universitetində tədris olunub. Tədrisin keyfiyyətini yüksəltmək üçün BBMM tərəfindən “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edən müəllimlər üçün hər il yaz və qış semestrlərində treninqlər keçirilib, treninqlərə 22 təhsil müəssisəsindən 70 müəllim, həmçinin Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları qoşulub.

Mərkəzin 2025-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti çərçivəsində il ərzində BBMM-də 22 xarici nümayəndə heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan multikulturalizm modeli, ölkədəki tolerant mühit, müxtəlif etnik və dini icmaların sülh şəraitində birgəyaşayışı haqqında ətraflı məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.

2025-ci il BBMM-in beynəlxalq tərəfdaşlıq şəbəkəsi genişlənib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), İnsan Qardaşlığı Ali Komitəsi və Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi ilə Anlaşma Memorandumları imzalanıb. Bu sənədlər çərçivəsində gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq konfrans və forumların təşkili, peşəkar təcrübə və bilik mübadiləsinin daha da genişləndirilməsi üçün möhkəm hüquqi və institusional baza formalaşıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xırdalanda hündürlükdən yıxılan 42 yaşlı qadın ölüb

Next

Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq

Copyright 2026— Praqraf.com. All rights reserved