PAYLAŞIN:

Rusiyanın Amur vilayətində Zabaykalye dəmir yolunun Gonja-Gudaçi yolunda yük qatarının 35 vaqonu relsdən çıxıb.

Paraqraf.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin baş idarəsi məlumat verib.

“Yanvarın 5-də Maqadaçinski bələdiyyə dairəsində Zabaykalye dəmir yolunun Gonja-Gudaçi yolunda yük qatarının 35 vaqonu relsdən çıxıb. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Ekologiyaya təhlükə yaranmayıb”, – məlumatda bildirilib.

Paraqraf.com

Loading