PAYLAŞIN:

Özbəkistanın Nəvai rayonunda içərisində 47 sərnişinin olduğu avtobus yoldan çıxaraq aşıb.

Paraqraf.com Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Nəvai vilayəti Daxili İşlər İdarəsindən bildirilib.

Nəvai-Uçkuduk avtomobil yolunda baş vermiş qəza nəticəsində iki sərnişin yerindəcə ölüb, müxtəlif dərəcəli xəsarətlər alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.
Paraqraf.com

Loading