Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda noyabrda nağdsız ödənişlər 14 %-dən çox artıb
İQTİSADİYYAT

Azərbaycanda noyabrda nağdsız ödənişlər 14 %-dən çox artıb

31 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin noyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % artaraq – 7 milyard 940 milyon manat təşkil edib.

Paraqraf.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 948 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.

Dekabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 835 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəlinə nisbətən 9,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 14,7 % artaraq 19,738 milyon, kredit kartlarının sayı isə 6,7 % azalaraq 2,097 milyon olub. Noyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 11,360 milyard manat (illik müqayisədə 13,7 % çox) və 685 milyon manat (-13,7 %) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,5 %, POS-terminalların sayı isə 57,1 % artaraq müvafiq olaraq 3 548 ədəd (Bakı üzrə 1 918 ədəd) və 179 162 ədəd (Bakı üzrə 111 251 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb

Next

XİN-dən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik

Copyright 2026— Praqraf.com. All rights reserved