Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İdris Elba cəngavər tituluna layiq görülüb
DÜNYA

İdris Elba cəngavər tituluna layiq görülüb

30 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Dinləmə” (“The Wire”, 2002-2008) və “Lüter” (Luther, 2010-2019) serialları ilə tanınan britaniyalı aktyor İdris Elba cəngavər titulu alıb.

Paraqraf.com-un məlumatına görə, dövlət mükafatları laureatlarının Yeni il siyahısı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.

53 yaşlı Elbaya fəxri titul gənclər arasında cinayətkarlıqla mübarizə sahəsindəki ictimai fəaliyyətinə görə verilib. Öz növbəsində, “Pis: Qərb cadugərinin nağılı” (“Wicked: Part I”, 2024) filmindəki roluna görə “Oskar” mükafatına namizəd göstərilən aktrisa Sintiya Erivo Britaniya İmperiyası Ordeninin kavaleri olub. “Cümə axşamı qətllər klubu” detektiv seriyası ilə məşhurlaşan yazıçı Riçard Osman isə Britaniya İmperiyası Ordeninin zabiti rütbəsinə layiq görülüb.

Ümumilikdə siyahı 1200-ə yaxın addan ibarətdir. Xüsusilə siyahıda ötən yay Avropa çempionatında qalib gələn İngiltərə qadın milli futbol komandasının üzvləri, o cümlədən Britaniya İmperiyası Ordeninin komandoru olan komanda kapitanı Liya Uilyamsonun adı var. Eyni rütbəyə “Sainsbury’s” supermarketlər şəbəkəsinin icraçı direktoru Saymon Roberts də layiq görülüb.

Ən gənc laureat Britaniya İmperiyası Ordeninin kavaleri adını alan 20 yaşlı 2024-cü il Olimpiya Oyunlarının çempionu Tobi Roberts olub. Siyahının ən yaşlı iştirakçısı isə “cəmiyyətə xidmətinə görə” Britaniya İmperiyası Ordeninin medalı ilə təltif edilən 102 yaşlı cüdo məşqçisi Con Hirndir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp: ABŞ “F-35” qırıcılarının Türkiyəyə satışı barədə ciddi şəkildə düşünür

Next

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub

Copyright 2026— Praqraf.com. All rights reserved