PAYLAŞIN:

Qazax rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Paraqraf.com xəbər verir ki,  hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2004-cü il təvəllüdlü Sabuhi Sahib oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paraqraf.com 

Loading