Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Gələn il yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq
CƏMİYYƏT

Gələn il yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq

29 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Gələn il yanvarın əvvəlində astronomik hadisə – Kvadrantid meteor yağışı müşahidə olunacaq.

Paraqraf.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışı 2025-ci il dekabrın 12-dən 2026-cı il yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi saat 03:00 radələrində gözlənilir.

Məlumata görə, meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu rəqəm təxminən 100-113 meteor/saat təşkil edə bilər. Bu il maksimum aktivlik günündə Ay demək olar ki, tam Ay fazasında olacaq və bu da müşahidələrə mənfi təsir göstərəcək. Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək, lakin parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli olaraq, kometdən deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli cisimdən qaynaqlanır. Bu asteroid Günəş ətrafında təxminən 5,5 il ərzində dövr edir. Ehtimala görə, bu obyekt keçmişdə aktiv komet olub və zamanla parçalanaraq asteroid xarakteri alıb. Yer kürəsi hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteorları yaranır.

Meteorlar Yer atmosferinə təxminən 41 kilometr/saniyə sürətlə daxil olur və parlaq işıq izləri buraxır. Kvadrantid meteor yağışı qısaömürlü, lakin ilin ən intensiv meteor yağışlarından biri hesab olunur.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Alimlər Yerin nüvəsinin qeyri-adi vəziyyətini qeydə alıblar

Next

Gümüşün qiyməti tarixdə ilk dəfə 82 dolları ötərək rekord səviyyəyə çatıb

Copyright 2026— Praqraf.com. All rights reserved