Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 27
  • Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb

admin 27 Dekabr 2025 2 minutes read
CNgzfD6iRV7VOz9p3zKZDy4PzWxHbik5RhW0jhRk_825
PAYLAŞIN:

Türkiyədə təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Əli Əhməd əl-Həddad və digər generallar üçün Ankarada vida mərasimi keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ankara vilayətinin Haymana rayonunda dekabrın 23-də qəzaya uğrayan təyyarədə olan Liviya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad, Liviya Quru Qoşunlarının komandanı, korpus generalı Futuri Qribel, Liviya Hərbi zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteviy, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əssavi və fotoqraf Məhəmməd Ömər Əhməd Məhcub üçün vida mərasimi təşkil olunub.

Mürted Hava Meydanı Komandanlığında keçirilən mərasimdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargahın rəisi Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu, Quru Qoşunlarının komandanı Metin Tokel, nazir müavinləri Alpaslan Kavaklıoğlu və Salih Ayhan iştirak edib.

Qeyd edək ki, dekabrın 23-də göyərtəsində Liviya Baş Qərargah rəisinin də olduğu, Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan “9H-DFJ” nömrəli “Falcon 50” təyyarəsi Haymana yaxınlığında qəzaya uğrayıb.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Volodimir Zelenski: Rusiya son sutkada Kiyevə 500 dron və 40 raket atıb
Next: Vyetnamda avtobus qəzaya uğrayıb, azı 7 nəfər ölüb

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.