Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Bakının mərkəzində bina sakinləri çarəsiz vəziyyətdə: Hər yağışda mənzillərə su dolur – VİDEO
CƏMİYYƏTMANŞET

Bakının mərkəzində bina sakinləri çarəsiz vəziyyətdə: Hər yağışda mənzillərə su dolur – VİDEO

27 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakının Nərimanov rayonunda, Təbriz küçəsi 55 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ciddi problemlə üzləşiblər. Sakinlərin bildirdiyinə görə, 2025-ci ilin aprel ayından etibarən yağıntılı havalarda yağış suları binanın fasadından süzülərək birbaşa mənzillərin daxilinə axır.

Paraqraf.com xəbər verir ki, problemin xüsusilə binanın Təbriz küçəsinə baxan hissəsində, 4-cü blokda daha qabarıq şəkildə müşahidə edildiyi qeyd olunur. Sakinlər deyir ki, yağış yağarkən mənzillərin divar və pəncərələrindən su süzülür, daxili divarlar qaralır, evləri su basmaması üçün müxtəlif qablarla suyu yığmağa məcbur qalırlar. Bu vəziyyət onların həm maddi ziyana (təmir işlərinin sıradan çıxması), həm də ciddi mənəvi sarsıntıya məruz qalmasına səbəb olur.

Şikayətçilərin sözlərinə görə, problem yalnız mənzillərlə məhdudlaşmır. Binanın nisbətən yeni üzlənmiş fasadı da yağış sularının təsirindən aşınmağa başlayıb. Bildirilir ki, bu məsələ ilə bağlı müxtəlif vaxtlarda aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək real və effektiv tədbir görülməyib.

Sakinlər xəbərdarlıq edirlər ki, vaxtında müdaxilə olunmazsa, yağış mövsümünün şiddətlənməsi ilə binanın Heydər Əliyev Mərkəzinə baxan hissəsində yerləşən konstruksiyalara və mənzillərə daha ciddi ziyan dəyə bilər.

Məsələnin ciddiliyini sübut etmək məqsədilə sakinlər tərəfindən çəkilmiş video görüntülər aidiyyəti instansiyalara və redaksiyaya təqdim edilib. Videolarda yağış sularının mərtəbələr üzrə yayılması və mənzillərə daxil olması aydın şəkildə görünür.

Bina sakinləri aidiyyəti qurumlardan problemin təcili şəkildə araşdırılmasını, binanın texniki vəziyyətinin yoxlanılaraq yaranmış nasazlığın aradan qaldırılmasını xahiş edirlər. Əks halda, payız və qış aylarında vəziyyətin daha da ağırlaşacağı qaçılmaz hesab olunur.

https://paraqraf.com/wp-content/uploads/2025/12/WhatsApp-Video-2025-12-27-at-14.51.33.mp4

Ləman

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xaçmazda körpə evdə doğuş zamanı ölüb

Next

Azərbaycan parlamentinin sabiq rəhbəri Oqtay Əsədova ağır itki üz verib

Copyright 2026— Praqraf.com. All rights reserved