19 Sen 2026, Şb

ABŞ-də qar səbəbindən 1600-dən çox aviareys təxirə salınıb

PAYLAŞIN:

Dekabrın 26-da ABŞ-də qar yağması səbəbindən 1600-dən çox aviareys təxirə salınıb.

Paraqraf.com xəbər verir ki, bu barədə FlightAware portalı məlumat yayıb.

Qeyd olunub ki, Nyu-York şəhərində yerləşən Con Kennedi beynəlxalq hava limanı, Guardiya və Nyuark aeroportları fasilələrdən ciddi şəkildə təsirlənib.

Həmin ərazilərə 23 sm-ə qədər qar yağacağı gözlənilir. Artıq 19 mindən çox reys təxirə salınıb.

Bundan başqa Boston, Detroit və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunub.

Paraqraf.com 

Loading