Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Uşaqların Ekran və Virtual Mühitə Aludəçiliyi, Müdafiəsiz Vəziyyətə Düşməsi” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR
CƏMİYYƏTMANŞET

“Uşaqların Ekran və Virtual Mühitə Aludəçiliyi, Müdafiəsiz Vəziyyətə Düşməsi” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

25 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

“Azərbaycan Uşaqları” İctimai Birliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda ictimai müzakirə təşkil olunub.

Paraqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, müxtəlif universitetlərin sosial iş ixtisası üzrə təhsil alan tələbələri, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin sakinləri iştirak ediblər.

İctimai müzakirəni giriş sözü ilə açan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tədbir iştirakçılarını salamlayaraq mövzunun son dövrlər xüsusilə aktuallıq kəsb etdiyini vurğulayıb. O, zərərli rəqəmsal mühitin təsirinə məruz qalan uşaqların sayının gündən-günə artmasının ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində zərərli rəqəmsal mühitin qurbanına çevrilmiş real həyat hekayəsi əsasında hazırlanmış sosial çarxlar nümayiş etdirilib. Ardınca 4 panel müzakirəsi və açıq ictimai müzakirə təşkil olunub.

Birinci panel müzakirəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli “Təhsil və texnologiya arasında balans: rəqəmsal həllər uşağın inkişafına necə təsir edir?” mövzusu ətrafında çıxış ediblər.

İkinci paneldə Milli Məclisin deputatı Azər Allahverənov və Qadın Konsensus Mərkəzinin rəhbəri, jurnalist və yazıçı Aynur Camalqızı “Rəqəmsal uşaqlıq: süni intellekt dövründə uşaqlıq anlayışı necə dəyişir?” mövzusunda fikirlərini bölüşüblər.

Üçüncü panel müzakirəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov və Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı “Ekran arxasındakı təhlükələr: rəqəmsal mühitdə uşaqların psixososial riskləri” mövzusunda çıxış ediblər.

Dördüncü panel müzakirəsində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova “Uşaqların rəqəmsal təhlükəsizliyi kimin məsuliyyətidir: valideyn, dövlət yoxsa vətəndaş cəmiyyəti?” mövzusu ətrafında müzakirə aparıblar.

Tədbirin sonunda iştirakçılar arasında açıq müzakirələr keçirilib, mövzu ilə bağlı təklif və tövsiyələr dinlənilib.Tədbir müddətində səsləndirilən təkliflər ilə bağlı kitabın hazırlanması nəzərdə tutulub.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir” – Ramil Əliyev / FOTOLAR

Next

Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved