Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Valentina Matviyenko Azərbaycan Prezidentini təbrik edib
SİYASƏT

Valentina Matviyenko Azərbaycan Prezidentini təbrik edib

19 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Həmçinin, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Paraqraf.com-un məlumatına görə, mətndə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük, qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən, enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir liderin yoludur.

Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail olmuşdur.

Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti yüksək dəyərləndirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Next

Bolqarıstanda Şuşa parkı açılacaq

Copyright 2026— Praqraf.com. All rights reserved