19 Sen 2026, Şb

Premyer Liqa: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib

PAYLAŞIN:

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu – XVI turuna start verilib.

Paraqraf.com-un məlumatına görə, ilk oyun günündə səfərdə “Kəpəz”lə qarşılaşan “Turan Tovuz” 2:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Joarlem Santos (47) vurublar.

“Turan Tovuz” hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb.. Hesabında 9 xal olan “Kəpəz” 12 komandanın sıralamasında onuncudur.

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.

Paraqraf.com 

Loading