Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib
CƏMİYYƏT

Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib

19 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi DİN və Maliyyə Nazirliyi tərəfindən təmin olunacaq.

Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) DİN-in xüsusi xəzinə hesabına köçürülməsini təmin edəcək.

Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənəcək:

– polis əməkdaşlarının mükafatlandırılmasına;

– polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;

– polis əməkdaşlarına maddi yardım göstərilməsinə.

Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənəcək:

– malların (işlərin və xidmətlərin) alınmasına;

– inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

– beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

– maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

Verilən mükafat, maddi yardım və əlavələrin məbləğini Azərbaycanın daxili işlər naziri müəyyən edəcək.

Aylıq vəzifə maaşına əlavə və mükafat əməkdaşın əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu, sərəncamda olduğu, vəzifədən kənarlaşdırıldığı, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz və Əmək Məcəlləsinə uyğun olaraq digər ödənişsiz məzuniyyətdə olduğu günlər üçün hesablanmır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Parlament mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib

Next

Dövlət qəzetləri üçün alınacaq kağızın norması müəyyənləşib

Copyright 2026— Praqraf.com. All rights reserved