Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • Şagirdlər üçün praktik və təcrübə dərslərinin əhəmiyyəti

Şagirdlər üçün praktik və təcrübə dərslərinin əhəmiyyəti

admin 18 Dekabr 2025 4 minutes read
Изображение WhatsApp 2025-12-18 в 21.20.43_cf936906
PAYLAŞIN:

Praktik və təcrübə dərsləri şagirdlərin inkişafı üçün son dərəcə vacibdir. Bu dərslər yalnız nəzəri bilik əldə etməyə deyil, həmin bilikləri real mühitdə tətbiq etməyə imkan verir və öyrənməyə qarşı güclü stimul yaradır.

Mən şagirdlərin praktik dərslərdə böyük həvəslə iştirak etdiklərini müşahidə etmişəm. Müəllimlər dərsləri mərhələli şəkildə izah edir və tətbiqi formada öyrədirlər. Şagirdlər öyrəndiklərini praktikada tətbiq etdikcə, dərsin nəzəri hissəsi də daha yaxşı yadda qalır. Praktik fəaliyyət onların düşüncə qabiliyyətini inkişaf etdirir, yeni ideyalar və yaradıcı fikirlər formalaşdırır.

Təcrübə səfərləri zamanı şagirdlər iş mühitini yaxından görür, müəssisələrin inkişaf prosesini izləyirlər. İşin praktik tərəflərini nümayiş etdirən mütəxəssislər şagirdlərin peşəyə bağlılığını artırır və gələcək planlarını aydınlaşdırır.

Xüsusilə 10–11-ci siniflərdə və peşə təmayüllü siniflərdə praktik və təcrübə dərslərinin rolu böyükdür. Bu yaş mərhələsində təcrübələr şagirdlərin dünyagörüşünü genişləndirir, onları məsuliyyətli və məqsədyönlü edir. Şagirdlər öz peşələrinə sevgi ilə yanaşmağa başlayır.

Təcrübə səfərlərinin ayda ən azı bir dəfə keçirilməsi və yalnız peşə fənləri ilə məhdudlaşmayaraq tarix, riyaziyyat, fizika, coğrafiya kimi fənlərə də tətbiq olunması faydalıdır. Praktikaya üstünlük verilən tədris prosesi şagirdlərin mövzunu daha tez qavramasına, işlərini daha mükəmməl yerinə yetirməsinə və əzbərçiliyə meyl etməməsinə imkan yaradır.

Yalnız nəzəri dərslərə yönələn şagirdlər imtahanlarda yüksək nəticə əldə edə bilsələr də, praktiki bacarıqlarda çətinlik çəkirlər. Real işi yerinə yetirərkən və ya başqalarına izah edərkən tərəddüd yaşayırlar.

Praktik dərslərin, təcrübə səfərlərinin, qrup işlərinin və birgə fəaliyyətlərin sayı artırılmalıdır. Hər bir şagirdin ideyası dinlənilməli, fikirləri qeyd olunmalı və qrup şəklində müzakirə edilməlidir. Bəlkə də bir şagirdin irəli sürdüyü fikir cəmiyyət üçün faydalı olar, yeni texnologiya və ya düşüncə tərzi formalaşar. Bunun üçün ilk növbədə şagirdləri təcrübə səfərlərinə aparmaq vacibdir. Yeni ideya və baxış məhz həmin təcrübələrdən sonra yaranır.

Mən bunun canlı şahidi olmuşam. Təcrübə dərsləri şagirdlərin marağını artırır, dünyagörüşünü genişləndirir və inkişafına müsbət təsir göstərir.

Gəlin, evdə də uşaqları dinləməyi bacaraq, onların yeni fikirlərini dəstəkləyək. Bir gəncin inkişafı yüzlərlə gəncin inkişafı deməkdir. Bir şagird inkişaf edərsə, öyrəndiklərini gələcəkdə yüzlərlə insana ötürə bilər.

 

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Visited 29 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yeni il paketlərinin qiymət sirri: “Xidmət mi, yoxsa bazar qanunu?”
Next: Auditorlar Palatasının kollektivi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgidə iştirak edib

OXŞAR MÖVZULAR

b5cf737b-0d2b-3b47-bed3-ffae2d967cf7_1200

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

admin 23 Aprel 2026
36287980-9b20-355c-9fc4-61022a7b389e_1200

İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır

admin 23 Aprel 2026
vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200 (2)

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

ABŞ Ordusu: İranın dəniz blokadası zamanı 29 gəminin hərəkət istiqaməti dəyişib N7OiVLFqHSWREY6riWOgt9plCthsLWOsqpeRrUJ3_1200

ABŞ Ordusu: İranın dəniz blokadası zamanı 29 gəminin hərəkət istiqaməti dəyişib

23 Aprel 2026
İsrail Ordusu “Hizbullah”ın obyektinə zərbələr endirib QgX8juz5RLNr2HpobvycazcnUAajF8KUvEWeWLzw_1200

İsrail Ordusu “Hizbullah”ın obyektinə zərbələr endirib

23 Aprel 2026
Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb R5giG9INK8EIvsrSfR8CnJdNTaaASlN5IXWrkn9s_1200

Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb

23 Aprel 2026
Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” bu gün “Neftçi” ilə qarşılaşacaq 52debb37-1b2d-3ec5-ae74-b0fc88adf268_1200

Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” bu gün “Neftçi” ilə qarşılaşacaq

23 Aprel 2026
Avropa çempionatı: Azərbaycanın 4 qadın güləşçisi bu gün xalça üzərinə çıxacaq Ar2hscEPYe7I89sId8ZYyP1ce0Lsa7BO6vcs48CU_1200

Avropa çempionatı: Azərbaycanın 4 qadın güləşçisi bu gün xalça üzərinə çıxacaq

23 Aprel 2026
Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib 6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.