Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 %-ə yaxın artırıb
İQTİSADİYYAT

Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 %-ə yaxın artırıb

17 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 831 mənzil alıblar.

Bu barədə Paraqraf.com Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə 75 mənzil və ya 9,9 % çoxdur.

Təkcə noyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 16 mənzil və ya 21,6 % çoxdur.

Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Türkiyədə xarici vətəndaşlara 19 117 mənzil satılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 421 mənzil və ya 11,2 % azdır.

Təkcə noyabrda isə xaricilər Türkiyədə 1 956 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 207 mənzil və ya 9,6 % azdır.

Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 11 ay ərzində 3 145 mənzil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 284 ədəd və ya 29 % azdır.

Təkcə noyabrda isə rusiyalılar Türkiyədə 310 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 111 ədəd və ya 26,4 % azdır.

Növbəti yeri Ukrayna vətəndaşları tutublar. Onlar bu siyahıda keçən ay ikinci olan almanları qabaqlayıblar. Belə ki, bu ilin 11 ayında onlar bu ölkədə 1 348 mənzil satılıb ki, bu da illik müqayisədə 102 ədəd və ya 7,03 % azdır. Noyabrda isə ukraynalılara 159 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1 mənzil və ya 0,6 % azdır.

Üçüncü yerdə Almaniya vətəndaşları qərarlaşıblar. Belə ki, yanvar-noyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 1 271 mənzilə sahib olublar. Bu da 2024-cü ilin 11 ayı ilə müqayisədə 114 mənzil və ya 9,8 % çoxdur. Ötən ay isə iranlılar Türkiyədə 151 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 36 mənzil və ya 31,3 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 3 % azalıb

Next

Azərbaycan azot gübrəsinin ixracından qazancını 45 %-ə yaxın artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved