Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
CƏMİYYƏT

Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil edilən BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunun açılış mərasimində və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun Yüksək səviyyəli iclasında iştirak edib.

Bu barədə Paraqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado və Tükiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.

Eyni zamanda Azərbaycanı mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil ediblər.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. “BMT-nin Sivilizasiyalar Alyansı: Bəşəriyyət üçün dialoqun 20 ili – Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” mövzusunda keçirilən builki Forum Alyansın yaranmasının 20 illiyinə və üçüncü onilliyə daxil olması münasibətilə davamlı sülhün təmin edilməsi istiqamətində gələcək fəaliyyət planının müəyyənləşdirilməsinə həsr olunub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev Bəhreynin Kralını təbrik edib

Next

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

Copyright 2026— Praqraf.com. All rights reserved