Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/BDYP: Dağlıq ərazilərdəki qəzaların əksəriyyəti sürət həddinin yola uyğun seçilməməsinə görə olur
CƏMİYYƏT

BDYP: Dağlıq ərazilərdəki qəzaların əksəriyyəti sürət həddinin yola uyğun seçilməməsinə görə olur

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dağlıq relyefə malik ərazilərdə qeydə alınan yol qəzalarının əksəriyyəti – sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı, yaxud dağlıq ərazidə hərəkətə uyğunsuzluğu və ya təchizatındakı çatışmazlıqlar kimi oxşar səbəblərlə bağlıdır.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə (BDYPİ) etdiyi xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, dağlıq turizm və ya rekreasiya zonalarına üz tutan sürücülərin isə bəzən təcrübəsiz, yaxud yola nabələd olmaları, relyefi düzgün qiymətləndirə bilməmələri, yola hazırlıqsız çıxmaları kimi amillər də, bir sıra hallarda səfərlərin xoşagəlməz sonluqla bitməsi ilə nəticələnir.

BDYPİ son vaxtlar dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini qeyd edərək bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırıb:

“Onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə mövsümə uyğun şinlərlə təchizatını, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırırıq”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib

Next

Azərbaycan Bəhreyni milli bayramı münasibətilə təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved