19 Sen 2026, Şb

AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib

PAYLAŞIN:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Hacıoğlu”“Yeni Daşkənd” kredit ittifaqlarına icrası məcburi göstəriş verib.

Paraqraf.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, kredit ittifaqları 2025-ci ilin III rübünə aid maliyyə hesabatlarını gecikmə ilə təqdim etdiyindən, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməyib, bu səbəbdən “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit itifaqlarına hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Paraqraf.com 

Loading