Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Kamran Əliyev Dohada korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimatında iştirak edib
SİYASƏT

Kamran Əliyev Dohada korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimatında iştirak edib

15 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qətər Dövlətinin paytaxtı Doha şəhərinə rəsmi səfərə çərçivəsində qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib.

Paraqraf.com xəbər verir ki, tədbirdə Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Təni, BMT-nin və Qətər Dövlətinin yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin nümayəndə heyətləri və beynəlxalq ekspertlər iştirak edib.

Tədbir çərçivəsində Baş prokuror Qətər Dövlətinin Qanunun Aliliyi və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin (ROLACC) sədri və qeyd edilən mükafatın Himayəçilər Şurasının sədri Ali Al Marri arasında görüş keçirib.

Görüşdə ölkələr arasında siyasi rəhbərliklər səviyyəsində dostluq münasibətlərindən qaynaqlanan yüksək dinamika ilə inkişaf edən qarşılıqlı əlaqələr vurğulanıb və korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, həmçinin birgə layihələr müzakirə olunub.

Səfər çərçivəsində Baş prokuror həmçinin BMT Baş katibinin terrorçuluqla mübarizə üzrə müavini Alexander Zuyevlə görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər üzrə müzakirələr aparıb.

Bundan başqa, Azərbaycanın terrorçuluqla, korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyi bildirilib.

Görüşlərdə Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov da iştirak edib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Azərbaycanın Qətərdəki səfirliyini ziyarət edib, səfirlik əməkdaşları ilə görüşüb.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Doha şəhərində fəaliyyətə başlayacaq BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edəcəyi gözlənilir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

Next

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqlənib

Copyright 2026— Praqraf.com. All rights reserved