Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • “Brüsseldəki ilk “insan zooparkı” heç də təsadüfi hadisə olmayıb”

“Brüsseldəki ilk “insan zooparkı” heç də təsadüfi hadisə olmayıb”

admin 15 Dekabr 2025 4 minutes read
IMG-20251215-WA0022
PAYLAŞIN:

Bakı Təşəbbüs Qrupunun müstəmləkəçi ölkələrin işğal etdiyi ölkələrdə törətdiyi vəhşiliklərlə bağlı araşdırmaları davam edir.

Paraqraf.com xəbər verir ki, bu barədə APA-ya BTQ-dən bildirilib.

“Faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib. Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə Avropanın mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer alıb. Bu qaranlıq və utancverici səhifələrdən biri də “insan zooparkları”dır”, – məlumatda bildirilib.

“Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 konqolu insan Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilib. Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilib, ləyaqətləri ayaqlar altına atılıb. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu – o cümlədən uşaqlar – pnevmoniya, qrip və digər xəstəlilərdən dəhşətli əzablar içində can verib, cəsədləri isə gizlicə basdırılıb. Beləliklə, II Leopoldun “sivilizasiya missiyası” adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımın simvoluna çevrilib.

İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilmişdir. Əvvəlcə “Konqo Muzeyi” sonralar isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərib. 1958-ci ildə Brüsseldə təşkil olunan Expo 58 Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanıb. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə – yenidən “canlı eksponat” statusunda Avropa ictimaiyyətinə təqdim edilib.

Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk “insan zooparkı” təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil. Bu, Belçika müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salmış sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil edib. Bu praktika, irqi iyerarxiya və “sivilizasiya missiyası” ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilib”, – məlumatda deyilir.

Bildirilib ki, 1959–1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur. Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilmiş və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olub:

“Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir”.

Məlumatda mənbənin BMT-nin 2019-cu il tarixində dərc edilmiş Afrika Mənşəli Xalqlar üzrə Ekspertlərdən İbarət İşçi Qrupunun Hesabatından götürüldüyü vurğulanıb.

Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: DİN bir sıra xidmətləri təkmilləşdirir – Layihə hazırlandı
Next: Bakıda öz-özünə hərəkət edən maşın qəza törətdi – Video

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.