Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanın qızıl bazarında idxal həcmləri tarixi maksimuma çatıb
İQTİSADİYYAT

Azərbaycanın qızıl bazarında idxal həcmləri tarixi maksimuma çatıb

15 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 4 milyard 515,1 milyon ABŞ dolları dəyərində 44 min 441 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

Paraqraf.com-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Avstraliyadan 760,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 7 min 104 kiloqram (-46 %), Rusiyadan 656,8 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 6 min 784 kiloqram (+3,4 dəfə), Böyük Britaniyadan 481,3 milyon ABŞ dolları dəyərində 4 min 861 kiloqram (1 il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 458,8 milyon ABŞ dolları dəyərində (-1 %) 4 min 453 kiloqram (-25 %), İsveçrədən 396,3 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min 454 kiloqram (+75 %) qızıl alıb.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Bu ilin ilk 10 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 276,82 milyon ABŞ dolları dəyərində 3 min 971 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 69 % və 15 % çoxdur.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Next

Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb

Copyright 2026— Praqraf.com. All rights reserved