Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Tokayev Xəzər dənizi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
SİYASƏT

Tokayev Xəzər dənizi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

12 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Qazaxıstan Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq məqsədilə xüsusi dövlətlərarası proqram təşəbbüsü ilə çıxış edib”.

Paraqraf.com “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən “Beynəlxalq sülh və etimad ili – 2025” forumunda çıxışı zamanı bildirib.

Tokayev suyun qorunmasının və rasional istifadəsinin strateji və həyati əhəmiyyətli prioritetə ​​çevrildiyini vurğulayıb.

Xəzər dənizinin mövcud durumundan danışan Qazaxıstan prezidenti qeyd edib ki, hazırkı dayazlaşma templəri ilə bu təhlükəli proses geridönməz hala gələ bilər:

“Bu, qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb olacaq zəncirvari reaksiyaya gətirib çıxara bilər. Qazaxıstan ekosistemin məhv edilməsinin və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqram təşəbbüsü ilə çıxış edib. Bütün beynəlxalq ictimaiyyəti bu unikal su hövzəsini qorumaq istiqamətində səylərimizi dəstəkləməyə çağırırıq”.

O əlavə edib ki, ümumilikdə su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Android”də gizli tətbiqlər istifadəyə veriləcək

Next

Türkiyənin Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Copyright 2026— Praqraf.com. All rights reserved