Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Eyyub Hüseynov: “İstehlakçıya məlumat verilmədən “servis haqqı”nın tələb olunması özbaşınlıqdır”
MANŞETÖZƏL

Eyyub Hüseynov: “İstehlakçıya məlumat verilmədən “servis haqqı”nın tələb olunması özbaşınlıqdır”

12 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Son günlər bir çox restoranlarda hesabın üstünə əlavə edilən “servis haqqı”, hətta bəzi məkanlarda müştəridən oturmağa görə ayrıca ödəniş tələb olunması insanların narazılığına səbəb olur. Xidmətin keyfiyyəti ilə bağlı suallar qalmaqda ikən yeni ödənişlərin tətbiqi istehlakçıları haqlı olaraq düşündürür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Paraqraf.com”a açıqlamasında bildirib ki, son 6 ildə “servis haqqı” ilə bağlı narazılıqlar xeyli artıb:

“Müşahidələr göstərir ki, bəzi hallarda restoranlarda 15 faizədək “servis haqqı” tələb olunur. “Servis haqqı” ilə bağlı məsələ heç bir qanunvericilikdə nəzərdə tutulmayıb və qadağa da yoxdur. Dövlət orqanlarına müraciət etdikdə isə bildirirlər ki, sahibkarların sərbəst qərarvermə hüququ var”.

Eyyub Hüseynov əlavə edib ki, restoran və marketlərdə bu məsələni tənzimləyən qaydaların olmaması müxtəlif özbaşınalıqlara yol açır:

“Restoran sahibləri ‘toxunulmazlıq’ şəraitindən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Məsələn, bahalı müğənnilər dəvət edirlər və bununla bağlı əlavə ödənişi qabaqcadan istehlakçıya bildirmirlər”.

Ekspertin sözlərinə görə, dünyada qəbul olunmuş qayda belədir ki, restoranlarda yaxşı xidmət göstərildikdən sonra istehlakçı istəyərsə, əlavə çay pulu verə bilər:

“Bir çox ölkələrdə, o cümlədən kapitalist ölkələrində bu praktikaya rast gəlinir. Türkiyədə “servis haqqı”nın qadağan edilməsi çox yaxşı addımdır. Lakin bütün hallarda “servis haqqı” menyuda göstərilməlidir ki, istehlakçı öncədən məlumatlı olsun. Azərbaycanda isə restoranlar bu məbləği istədikləri kimi müəyyən edirlər. Bunu dövlət tənzimləmir”.

O əlavə edib ki, əgər “servis haqqı” menyuda göstərilmirsə, bu, istehlakçı hüquqlarının pozulması deməkdir:

“Bu məsələyə nəzarət edən qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Əgər “servis haqqı” öncədən deyilibsə və menyuda da qeyd olunubsa, istehlakçı bundan imtina etməməlidir”.

Eyyub Hüseynovun sözlərinə görə, restoranlarda və şadlıq evlərində ciddi özbaşınalıqlar da müşahidə olunur:

“Məsələn, ‘face control’ tətbiq edirlər: müştərinin zahiri görünüşü xoşlarına gəlmirsə, onu içəri buraxmırlar. Eləcə də deyirlər ki, restorana yalnız qadınla gələn şəxslər keçə bilər. Dəniz mənzərəli masa üçün isə əlavə 20 manat tələb edirlər. Bu hallara müvafiq dövlət qurumları nəzarət etməlidir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ölkədə ortaillik inflyasiyanın səviyyəsi açıqlandı

Next

Heydər Əliyevin anım günü – Xalqın yaddaşında yaşayan lider

Copyright 2026— Praqraf.com. All rights reserved