Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Uzun müddətdir gizlənirdi – Öz ölkəsində yox, Norveçdə görüntüləndi
DÜNYA

Uzun müddətdir gizlənirdi – Öz ölkəsində yox, Norveçdə görüntüləndi

11 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Venesuela müxalifətinin lideri Maria Korina Maçado Norveçin paytaxtı Oslo şəhərində görüntülənib.

Paraqraf.com xarici mətbuata istinadən istinadən xəbər verir ki, Venesueladan çıxış qadağası olan Maçado gizli şəkildə Norveçə gedib.

Uzun müddətdir gizlənən siyasətçi yanvar ayından bu yana ilk dəfə ictimaiyyət qarşısına çıxıb, tərəfdarları ilə görüşüb və onlarla birlikdə mahnı ifa edib.

Xatırladaq ki, ötən gün Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu il mükafata layiq görülən Maria Korina Maçado təhlükəsizlik məsələlərini əsas gətirərək təqdimetmə mərasimində iştirak etməyib.

Onun adından mükafatı qızı Korina Sosa Maçado qəbul edib.

Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan, o, seçkilərdə başqa namizədlə əvəzlənib.

Maçado 2024-cü il seçkilərindən sonra harada olmasını gizlədir. O, mütəmadi olaraq sosial şəbəkələrdə videomüraciətlər paylaşır, lakin yerinin müəyyənləşməməsi üçün bunu adətən neytral ağ divar fonunda edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Deepfake” videoları necə müəyyən etmək olar? – AÇIQLAMA

Next

45 min tamaşaçı qarşısında oğulları ilə birgə oxudu

Copyright 2026— Praqraf.com. All rights reserved