Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya aktivlərinin müsadirə edilməsi proseduru yekunlaşır: Qərar tezliklə elan edilə bilər
DÜNYA

Rusiya aktivlərinin müsadirə edilməsi proseduru yekunlaşır: Qərar tezliklə elan edilə bilər

09 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Avropa ölkələri Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi ilə bağlı razılaşmanın elan edilməsinə yaxındırlar.

Paraqraf.com xəbər verir ki, bu barədə hökumət mənbələri “The Times” nəşrinə bildiriblər.

Mənbələrin sözlərinə görə, qərar bu həftə və ya gələn həftə elan edilə bilər.

Nəşrin məlumatına görə, məsələ Londonda Böyük Britaniya kabinetinin rəhbəri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Mənbələr iddia ediblər ki, razılaşma son mərhələdədir.

Sxem dondurulmuş Rusiya vəsaitlərindən istifadə edilməklə Kiyevə 100 milyard funt sterlinq ayrılmasını nəzərdə tutur. Pulların hərbi dəstək və infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.

Böyük Britaniya 8 milyard funt sterlinqə bərabər aktivləri təqdim etmək niyyətindədir.

Avropa Komissiyası dekabrın 18-19-da keçiriləcək sammitdə təxminən 210 milyard avro məbləğində müsadirə üzrə təsdiq almağa ümid edir. Bu vəsaitlərin böyük hissəsi Belçikadakı “Euroclear” platformasında bloklanıb. Brüssel Moskvanın cavab tədbirləri halında kompensasiya zəmanəti tələb edən Belçikanın özünün müqaviməti ilə üzləşir.

Rusiya tərəfi artıq potensial nəticələr barədə xəbərdarlıq edib. Rusiyanın Belçikadakı səfiri Denis Qonçarın sözlərinə görə, istənilən müsadirə sxemi oğurluq hesab ediləcək və dərhal cavab tədbirləri görüləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Next

Bricit Makronun təcavüzə qarşı çıxan qadın fəalları təhqir etdiyi görüntülər yayıldı

Copyright 2026— Praqraf.com. All rights reserved