Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Fərhad Pərvizi: “Gələcəyin uğurlu insanı süni intellekti rəqib kimi yox, özünün ikinci beyni kimi qəbul edən insandır”
MANŞETÖZƏL

Fərhad Pərvizi: “Gələcəyin uğurlu insanı süni intellekti rəqib kimi yox, özünün ikinci beyni kimi qəbul edən insandır”

08 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Süni intellektin sürətli inkişafı artıq bir çox sahələrdə insan əməyinin yerini almağa başlayıb. Bu dəyişiklik yalnız fiziki işlərdə deyil, analitik və yaradıcı peşələrdə də özünü göstərir. Nəticədə yeni peşələr formalaşır, bəziləri isə əvvəlki əhəmiyyətini itirir.

İqtisadçı Fərhad Pərvizi “Paraqraf.com”a açıqlamasında bildirib ki, süni intellektin yüksələn rolu peşə xəritəsini köklü şəkildə dəyişdirir:

“Bəzi funksiyalar arxa plana keçir, eyni zamanda yüzlərlə yeni peşə formalaşır. Əsas məsələ budur ki, gələcəyin peşələri ‘insan + texnologiya’ sintezindən ibarət olacaq.

Gələcəyin ən tələb olunan peşəsi müəyyən bir ad deyil. Bu, problemin mahiyyətini anlaya bilən, texnologiya ilə işləməyi bacaran, lakin insan yaradıcılığını və mühakiməsini itirməyən peşəkardır. İstər iqtisadçı, həkim, mühəndis, istərsə də müəllim – hamısı AI-dan istifadə edən, amma insan faktorunu qoruyan mütəxəssis olmalıdır”.

Onun sözlərinə görə, bəzi peşələr var ki, süni intellekt onları tam şəkildə əvəzləyə bilməyəcək:

“Bura əsasən fiziki bacarıq, incə motorika və yüksək dəqiqlik tələb edən sahələr daxildir:

Məsələn saç ustaları və vizajistlər,

elektrik və santexnika üzrə mütəxəssislər, əl əməyinə əsaslanan sənət və texniki işlər.

Hətta süni intellektin inkişafı belə bu peşələrə tələbi artıracaq, çünki hesablama mərkəzləri, enerji infrastrukturunun qurulması və texniki xidmət sahələri daha çox elektrikçi, mexanik və sahə işçisinə ehtiyac yaradacaq”.

Pərvizi qeyd edir ki, avtomatlaşma riskindən sığortalanmağın ən yaxşı yolu üç əsas bacarığa sərmayə qoymaqdır:

“Kritik və sistemli düşüncə – AI məlumatı işləyir, amma nəticələri geniş kontekstdə qiymətləndirmək insanın öz işidir.

Yaradıcı problem həlli – Maşın mövcudu təkrarlayır, insan isə yenilik yaradır.

Emosional intellekt və ünsiyyət – liderlik, komanda işi, müştəri davranışını anlama kimi bacarıqlar avtomatlaşdırılması çətin olan sahələrdir”.

Onun fikrincə, gələcəyin qalib insanı süni intellekti rəqib kimi görməyən, əksinə, özünün ikinci beyni kimi istifadə edən şəxs olacaq. AI ilə işləməyi bacaranlar həm intellektual sahələrdə, həm də praktiki peşələrdə üstünlüyə sahib olacaqlar.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Orban Türkiyədədir – Foto

Next

Türkiyə turizmin zirvəsindədir: İstanbul və Antalya dünyanın ilk onluğunda

Copyright 2026— Praqraf.com. All rights reserved