Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Efirdə yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilir”
CƏMİYYƏT

“Efirdə yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilir”

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Prezidentin AMEA-dakı çıxışında tarixə və ana dilinə münasibəti əhatə edən çağırışlar mühüm əhəmiyyətə malikdir. Hazırda AMEA-da hazırlanma prosesində olan 15 cildlik Azərbaycan tarixinin proqramında Prezidentin Akademiyada səsləndirdiyi fikirlər konsepsiya olaraq əsas kimi qəbul ediləcək”.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu AMEA prezidenti İsa Həbibbəyli Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda bildirib.

“Tarix İnstitutunda dünya arxivlərindən əldə edilmiş xəritələrin atlası hazırlanır ki, bizim Sovet dövründən əvvəlki dövrü əhatə edən xəritələrimiz, Azərbaycan toponimlərinin dilçiliyə, coğrafiyaya, milli kimliyimizə aid olan toponimlərimizin yayılma arialının coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcək. Əlbəttə, AMEA-dakı tarixi nitqin müddəaları içərisində Azərbaycan dilinə aid olan fikirlər, çağırışlar xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan Ana dili siyasəti bu gün cənab Prezident tərəfindən həm ana dili, həm də dövlət dili səviyyəsində davam etdirilir.

Dil millətin kimliyinin əsasıdır. Reklam bazarında, efir məkanında, dərsliklərimizdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir. Düşünürəm ki, burada olan qurumlar, cəmiyyət nümayəndələri bu məsələnin həll yollarını tapıb aradan qaldırmağa borcludur”, – deyə AMEA prezidenti bildirib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

Next

“Məyusam…”

Copyright 2026— Praqraf.com. All rights reserved