21 Sen 2026, Be

Azərbaycan Yüksək Liqasında növbəti turun oyunlarının proqramında dəyişiklik edilib

PAYLAŞIN:

Kişi və qadın voleybolçular arasında bu həftə keçiriləcək Azərbaycan Yüksək Liqasının oyunlarının proqramında müəyyən dəyişikliklər edilib.

Paraqraf.com Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, qadınların Yüksək Liqasında dekabrın 11-də keçirilməsi nəzərdə tutulan VI turun “Murov Az Terminal” “Abşeron” qarşılaşması təxirə salınıb.

Həmin gün saat 16:00-da başlanmalı olan “Gənclər” – UNEC oyunu isə 18:00-da start götürəcək.

Kişilərin Yüksək Liqasında dekabrın 13-də keçiriləcək VI turun “Xilasedici”“Gənclər” oyununun start vaxtında dəyişiklik olunub. Bu qarşılaşma saat 14:00-da deyil, 16:00-da başlayacaq.

Paraqraf.com 

Loading