Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/NYT: Ukraynanın mövqeləri zəifləyir, Rusiya daha sərt şərtlər irəli sürür
DÜNYA

NYT: Ukraynanın mövqeləri zəifləyir, Rusiya daha sərt şərtlər irəli sürür

07 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Döyüş meydanındakı vəziyyət Ukraynanın xeyrinə deyil və bu, Rusiyaya danışıqlarda sərt mövqe tutmaq imkanı verir. Analitiklər Ukraynanın təslim olmadığını, lakin zəif göründüyünü qeyd edirlər.

Paraqraf.com xəbər verir ki, bu barədə “The New York Times” hərbi analitiklərin və döyüş xəritələrinin qiymətləndirilməsinə əsasən məlumat yayıb.

Məlumata görə, son həftələrdə Rusiya ordusu Pokrovsk, Mirnoqrad, Kupyansk və Zaporojye istiqamətlərində irəliləyiş əldə edib. Ukrayna hələ təslim olmasa da, elə zəif görünür ki, Rusiya onlara qarşı tələblər irəli sürə biləcəyini düşünür.

Ukraynalı PUA operatoru İqor bildirib ki, müdafiə xətti payızdan etibarən yorğunluq səbəbindən dağılmağa başlayıb. O bildirib ki, Rusiya “Blyskavka” dronları və partlayıcı mini kamikadze dronlarla hücum edir, Ukraynada isə bunun kütləvi istehsalı yoxdur.

14-cü briqadanın hərbçisi Maksim Bakulinin sözlərinə görə, Pokrovskda mülki və hərbi şəxslərin cəsədləri küçələrdə qalıb və evakuasiya mümkün deyil. Rusiya eyni zamanda Zaporojyenin cənubunda da hücumu artırıb.

Ukraynalı bölük komandiri Oleq qeyd edib ki, Mirnoqrad hər gün dron və artilleriya hücumuna məruz qalır.

Analitiklərə görə, qış hücumları yavaşlada bilər, lakin Rusiya çox sayda itkiyə baxmayaraq “uzunmüddətli aşındırma müharibəsi” aparmağa hazırdır.

Son məlumata görə, Ukrayna qüvvələri Pokrovsk istiqamətində müqaviməti davam etdirdiyini bildirir. Komandirlər Kupyanskın ələ keçirilməsi barədə Rusiyanın iddialarını təkzib edir.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hindistanda gecə klubunda yanğın – 20-dən çox adam öldü

Next

Rusiya MN: 77 Ukrayna PUA-sı vurulub

Copyright 2026— Praqraf.com. All rights reserved