21 Sen 2026, Be

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

PAYLAŞIN:

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.

Paraqraf.com xəbər verir ki, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Paraqraf.com 

Loading